• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1372
— 27.11.2023 16:06

"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq

KepezTV Player

"Qarabağ"ın Norveçdə "Molde"yə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunundan əvvəl son məşqi Bakıda baş tutacaq. Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə təşkil olunacaq mətbuat konfransı Norveçdə reallaşacaq. Noyabrın 29-na planlaşdırılan tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu gecə saat 12-də başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var. İkinci yer uğrunda mübarizədə həlledici qarşılaşmadan öncə “Qarabağ” 2-ci, “Molde” isə 3-cü pillədə qərarlaşıb.