• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1799
— 27.11.2023 15:40

Universitetin 8 tələbəsi qızılcaya yoluxub

KepezTV Player

Azərbaycan Texniki Universitetində ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb. Universitetdən qeyd olunub ki, həmin tələbələr izolyasiya olunublar. Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib.