• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1383
— 25.11.2023 16:41

"Kəlbəcər Şəhəri Günü" münasibəti ilə açıq birincilik

KepezTV Player

Gəncə Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə yeniyetmələr arasında Kəlbəcər rayon açıq birinciliyi keçirilib. "Kəlbəcər şəhəri günü”nə həsr edilən yarış Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər rayonu üzrə sektoru tərəfindən təşkil edilib. 2009-2011-ci il təvəllüdlü güləşçilərin qüvvələrini sınadıqları müabrizədə Kəlbəcər, Qazax, Yevlax, Samux, Şəmkir, Goranboy və Gəncənin pəhlivanları ən güclüləri müəyyənləşdiriblər. Olimpiya sistemi üzrə təşkil olunan mübarizəyə 120-dən çox güləşçi qatılıb. Yarışın sonunda ilk üçlükdə qərarlaşan güləşçilərə medal və diplomlar təqdim olunub.

Əli Ocaqlı- güləşçi: “38 kq çəki dərəcəsində yarışa hazırlaşmışam. Məqsəd qoymuşam ki, inşallah gələcəkdə Olimpiya Dünya çempionu olacağam”.

Musa Məmmədov- İdarənin Kəlbəcər rayonu üzrə sektor müdiri:  “Torpaqlarımızın azad olunmasında Gənclər və İdman siyasətinin böyük rolu oldu. Bildiyimiz kimi, bütün bölgələrdə İdman sarayları, idman kompleksləri inşa edildi. Bu da gənclərimizin sağlam, dəyanətli, qüvvətli olmalarına aparan bir yol idi. Sözsüz ki, həmin o arenalarda yetişən gənclərimiz torpaqlarımızı işğalda azad elədilər. Bizim də məqsədimiz şəhidlərimizi, qazilərimizi yad eləmək, bu yarışnan onlara öz tövfəmizi vermək oldu”.  

Ramin Paşayev