• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1342
— 24.11.2023 16:07

"Kəpəz" Adil Şükürovla debütə hazırlaşır

KepezTV Player

Gənc mütəxəssis televiziyamıza açıqlamasında, kluba gəldiyi ilk gündən futbolçulara öz oyun fəlsəfəsini aşılamağa, qısa bir müddətdə onları bu yöndə təlimatlandırmağa çalışdığını bildirib. Milli komandanın oyunları ilə bağlı yaranan 10 günlük fasilədə kollektivin ümumi vəziyyəti ilə tanış olduğunu, oyunçuların fərdi göstəricilərinə nəzər saldığını qeyd eləyib.  

Adil Şükürov- baş məşqçi: “Əsas işimiz texniki-taktiki məsələlərdir ki, o da istəklərimizlə bağlı idi ki, onları aşılamağa çalışdıq. Rəqib komandaları təhlil elədik. Onlara uyğun öz oyunlarımızı qurmağa çalışacağıq, inşallah “Səbail” ilə oyunda da. Gəncə komandası daima önlərdə olan komanda olub. Biz çalışırıq ki, o komandanı bərpa edək. O komandanı qaytaraq ki, inşallah gələcəkdə “Kəpəz”imiz laiq olduğu yerlərdə olsun”.

Futbolçular qarşıdakı oyuna tam hazırdırlar. Bunu isə baş məşqçi yox, oyunçuların özləri deyiblər.  Onlar yeni məşqçinin tövsiyələrini nəzərə aldıqlarını və ancaq qələbə haqqında düşündüklərini dilə gətiriblər.

Vüsal Məsimov- müdafiəçi: “Komanda ətrafında vəziyyət yaxşıdır. Komanda daxilində vəziyyət çox yaxşıdır. Hərkəsin fikri qələbədir. Buna köklənmişik. Məşqçimiz də bizi buna kökləyir. Yəni, əlimizdən gələn qədər çalışıb, qələbə qazanacağıq. Yaxşı oyun olacaq, inşallah”.

Fal Latir- yarımmüdafiəçi: “Məşqçimiz yaxşıdır. Hazırlığımız da həmçinin. Məşqçinin yaxşı fikirləri var. Qısa müddətdə çox şey öyrənməli olduq. Çünki, oyuna çox az vaxt qalıb. Buhəftəki məşqlərimiz düşünürəm, məhsuldar olacaq. Hər matça qələbə qazanmaq üçün çıxırsan. Bəzən qələbə qazanır, bəzən məğlub olursan. Qarşıdakı oyunda özümüzü ən yaxşı tərəfdən göstərməyə hazırıq. İnşallah, qələbə qazanacağıq”.

Ötən turda qazandığı qələbə sayəsində turnir cədvəlinin sonuncu pilləsindən qurtulmağı bacaran "Kəpəz"i yaxın izləyicisi Qəbələdən cəmi 1 xal ayırır. Səbail-Kəpəz matçı sabah saat 14:00-da start götürəcək.

Ramin Paşayev