• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1675
— 24.11.2023 12:05

Qadın qətlə yetirilib

KepezTV Player

Bu gün Zaqatalada qətl törədilib. Şəhərin mərkəzində 1989-cu il təvəllüdlü Aygün Həşimova adlı qadın küçədə bıçaqlanaraq öldürülüb. Hadisə ilə bağlı rayon prokurorluğuna daxil olan məlumat əsasında araşdırmalara başlanıb. Araşdırmalarla 1991-ci il təvəllüdlü Əli Səfərovun şəhərin Həzi Aslanov küçəsində şəxsi münasibətlər zəminində Aygün Həşimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb, Əli Səfərov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.