• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1652
— 23.11.2023 13:36

Piyadaların xəsarət almaları ilə nəticələnən yol qəzaları baş verib

KepezTV Player

Gəncədə piyadaların xəsarət almaları ilə nəticələnən qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil 2004-cü il təvəllüdlü Adil Allahverdiyevi vurub.

Nəriman Nərimanov prospektində də hərəkətdə olan maşın yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Sahib Qafarova xəsarət yetirib. Piyadalar xəstəxanaya yerləşdirilib.

Ayaz Quliyev- həkim:  "Bu gün saat 09:00 radələrində Qafarov Sahib Həsən oğlu adlı şəxs avtoqəza nəticəsində xəsarət alıb və xəstəxanamızın təcili yardımına müraciət etmişdir. Xəstədə ilk müayinə zamanı hər iki aşağı ətrafda yerdəyişmiş sınıqlar və alın nayihəsinin çapılmış yarası vardı. İlk yardım göstərildi. Aşağı ətraflardakı sınıqlara gips qoyulubdur. Vəziyyəti hal-hazırda stabildir. Eyni zamanda dünən saat 5-6 radələrində Allahverdiyev Aqil Adil oğlu Heydər Əliyev Prospektində avtoqəza nəticəsində xəsarət alıb. Xəstəxananın təcili yardımına gətirilmişdir. İlk yardım göstərildi. Xəstənin sol baldırının aşağı 3/1- də yerdəyişmiş sınığı vardır və reanimasiya şöbəsinə qaldırılmışdır".