• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 23.11.2023 09:18

İnşaat materialları bazarı yanır

KepezTV Player

Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarı yanır. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin kifayət qədər texnika və canlı qüvvə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Havanın küləkli olması yanğının söndürülməsi işlərini mürəkkəbləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. TƏBİB-dən bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin həkiməqədər ölümü qeydə alınıb. Yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub. Ərazi mühafizəyə götürülüb. FHN-nin məlumatına görə, yanğının yayılmasının qarşısı alınıb.