• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1611
— 22.11.2023 16:53

Pakistan vətəndaşı Azərbaycan-Gürcüstan sərhədini pozarkən saxlanılıb

KepezTV Player

Balakənin Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Pakistan vətəndaşı - 2001-ci il təvəllüdlü Azan Sohail Muhammad Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb. Onun ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.