• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 907
— 22.11.2023 13:14

Azərbaycanlı futbolçunun vurduğu bu qol Avropada ən yaxşı seçildi

KepezTV Player

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudovun İsveç yığmasına vurduğu qol AVRO-2024-ün seçmə mərhələsinin 9-cu turunun ən yaxşı qolu seçilib. Bu barədə UEFA-nın saytında aparılan sorğunun nəticələrindən məlum olub. “Neftçi”nin futbolçusu təqribən 45 metrdən qapıya dəqiq zərbə endirərək qapıçı Robin Olseni məyus etmişdi. Matç isə Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.