• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1053
— 21.11.2023 20:19

Xorvatiya və ya Uels bu gün final mərhələsinə vəsiqə qazanacaq

KepezTV Player

AVRO-2024-ün seçmə mərhələsinə bu gün yekun vurulacaq. Son gündə B, D və İ qruplarında X turun oyunları keçiriləcək. Həmin qruplarda Fransa, Niderland, Türkiyə, Rumıniya və İsveçrə final mərhələsinə vəsiqəni öncədən rəsmiləşdiriblər. Bu gün isə onlara ya Xorvatiya, ya da Uels qoşulacaq. D qrupunda yer alan xorvatlar doğma məkanda Ermənistanı məğlub edərsə, Almaniyada təşkil olunacaq qitə birinciliyinə yollanacaq. Lakin bu komandanın büdrəməsi və Uelsin Türkiyə üzərində qələbəsi britaniyalıların önünü açacaq.