• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1016
— 21.11.2023 20:01

De Byazi: "Yalnız axmaq və ağılsız adamlar inkişafımızı görə bilməzlər"

KepezTV Player

"Belçika ilə oyundan sonra demişəm ki, yalnız axmaq və ağılsız adamlar inkişafımızı görə bilməzlər". Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçikaya qarşı keçirilən AVRO-2024-ün seçmə mərhələsinin oyunundan sonra mətbuat konfransında azərbaycanlı jurnalistlər barədə səsləndirdiyi fikirlərlə bağlı danışarkən belə deyib. İtaliyalı mütəxəssis eyni sözləri İsveçlə qarşılaşmadan sonra da dediyini vurğulayıb. Tənqidlərlə razılaşmayan 67 yaşlı çalışdırıcının fikrincə, milli onun rəhbərliyi altında uğurlu çıxış edib.