• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2383
— 21.11.2023 19:26

Gəncə idmançıları Beynəlxalq turnirlərdə uğur qazanıblar

KepezTV Player

Fidan, mundialda 68 kq çəki dərəcəsində olan zəriflərin mübarizəsində baş mükafata yiyələnib. O, Klouz Kontakt növündə bütün rəqiblərinə qalib gələrək dünya birincisi olub.

Fidan Yusifova- dünya çempionu: “Öz çəki dərəcəmdən artıq çəki kateqoriyasında çıxış elədim, baxmayaraq ki, özüm 60 kq çəki dərəcəsindəyəm. 5 rəqibim oldu. Sözün düzü, hamı soruşur ən güclü hansı idi? Amma oraya zəif idmançı gəlmir. Hər biri Dünya çempionatında çıxış etmək üçün müəyyən güc və vaxt sərf ediblər. Bu 5 rəqibdən Qazaxıstandan olanları vardı, Ukraynadan çox rəqib vardı”.

Çempionun məşqçisi onun həm də valideyni olduğundan ikiqat məsuliyyət daşıdığını bildirib. Bu səbəbdən də Mundialın ciddiliyini dərk etməklə, ciddi hazırlaşdıqlarını vurğulayıb. 

Ramin Yusifov- məşqçi: “Məşqlərimiz çox yüksək səviyyədə keçirdi. Əminiydim ki, Fidan nəticə verəcək, rəqibləri güclü də olsa. Bir məsələ var, deyir, hər şeyi tatami həll edir. Yəni məşqlər göstərdi ki, Fidan nəticə verdi və birinci yerə çıxdı. Və bundan başqa da, bilirsiniz, qabaqda bizim Avropa və Dünya çempionatlarımız var. Biz çalışırıq ki, nəinki tək Fidan, həm də mənim digər tələbələrimdən hazırlıqlı olan uşaqlar var ki, inşallah Allahın köməkliyi ilə, onları da yola salarıq. Onlar da Gəncəmiz üçün medal gətirərlər”.

Vətənə qızıl medalla dönən idmançı üçün ənənəyə uyğun olaraq Heydər Əliyev Parkında Zəfər Tağının qarşısında qarşılanma mərasimi keçirilib. Fidan Yusifova ilə yanaşı, digər beynəlxalq səviyyəli turnirlərdə uğur qazanan gəncəli idmançılar da gül-çiçəklə qarşılanıblar. Belə ki, Belarusda keçirilən beynəlxalq boks turnirindən Turqay Rəhimli və Rza Rzayev ölkəyə bürünc medalla dönüb. Qazaxıstanda təşkil edilən Universiadada isə sərbəst güləşçilərimiz fərqləniblər. Camal Abbasov qızıl, Abdulrəhman İbrahimli gümüş, Vasif Bağırov bürünc mükafatçı olub. Zaur Hüseynov Serbiyada taekvondo üzrə Avropa çempionatında bürünc medal qazanıb. 

Ramin Paşayev