• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2320
— 21.11.2023 16:45

Beynəlxalq turnirlərdə uğur qazanan idmançıların qarşılanma mərasimi keçirilib

Heydər Əliyev parkında Zəfər Tağının önündə noyabr ayında beynəlxalq səviyyəli turnirlərdə uğur qazanan Gəncə idmançılarının qarşılanma mərasimi keçirilib. İdmançıları şəhərin idman ictimaiyətinin nümayəndələri qarşılayıblar. Belarusda keçirilən beynəlxalq boks turnirində  Turqay Rəhimli və Rza Rzayev vətənə bürünc medalla qayıdıb. Qazaxıstanda təşkil edilən Universiadada isə sərbəst güləşçilərimiz fərqləniblər. Camal Abbasov qızıl, Abdulrəhman İbrahimli gümüş, Vasif Bağırov bürünc mükafatçı olub. Zaur Hüseynov Serbiyada taekvondo üzrə  Avropa çempionatında bürünc medal qazanıb. Combat Ciu Citsu üzrə Latviyada reallaşan Dünya çempionatında isə Nizami yurdunun təmsilçilərindən Fidan Yusifova şəhərimizə uğurla qayıdıb. O, yarışın qızıl medalını əldə edib.

Fidan Yusifova- dünya çempionu: “Öz çəki dərəcəmdən artıq çəki kateqoriyasında çıxış elədim, baxmayaraq ki, özüm 60 kq çəki dərəcəsindəyəm. 5 rəqibim oldu. Sözün düzü, hamı soruşur ən güclü hansı idi? Amma oraya zəif idmançı gəlmir. Hər biri Dünya çempionatında çıxış etmək üçün müəyyən güc və vaxt sərf ediblər. Bu 5 rəqibdən Qazaxıstandan olanları vardı, Ukraynadan çox rəqib vardı”.