Kim olduğunu səndən başqa kim bilir? Kütlə qarşısında düzgün davranış qaydaları və təsirli nitq necə olmalıdır? Bu yaxınllarda belə bir məlumat oxumuşdum ki, hər insanın içərisində onunla birlikdə fərqli duyğuları yaşayan bir insan daha olur. Bambaşqa biri kimi. Ancaq bu, bəzən bizim özümüzü tanımağımızdan da aslı olur. Cəmiyyət qarşısında davranış qaydalarından danışırıqsa, mütəxəssislərimizin fikrini vurğulamasaq olmaz. Onların dediyinə görə, müəyyən xüsusiyyətlər uğurlu həyatın təminatçısı sayılan "yüksək potensiallı" şəxsiyyəti formalaşdırır. Onların bəziləri bunlardır: Uyğunlaşma, diqqətlilik, maraq. Hər kəs həyatda çətinliklə qarşılaşır, amma tez uyğunlaşmağı bacaran insanlar təzyiq altında belə, problemlərlə daha asanlıqla mübarizə apara bilirlər. Diqqətli insanlar planlara sadiq qalırlar və hər şeyi hərfbəhərf yerinə yetirirlər. Son araşdırma göstərib ki, yeni ideyalara həqiqi maraq iş prosesinə bir çox üstünlüklər gətirir. Bunları öz həyatına əks etdirmək istəyən gənc,hansı çətinliklərlə rastlaşır? Müsahibimizdən soruşduq.
Sona Əliyeva: "Kütlə qarşısında özünü düzgün şəkildə ifadə etmək istəyən şəxs mütləq kitab oxumalı və özünü inkişaf etdirməlidir".
Hər nə qədər eyni cəmiyyətdə yaşasaq da, hər kəs öz düşüncəsinə və dünyagörüşünə uyğun problem yaşayır. Həyatı riyazi misallara oxşadaq. Düyümləri ilə bizi yorsa da, çabamızı əldən vermirik. Hər ideyanın inkişaf trayektoriyası dairəvidir. İlk nöqtədən çıxan ideya müəyyən çevrə cızandan sonra öz ilkin nöqtəsinə qayıtmalıdır. Hegel deyir: "Bu, əvvəlin və sonun birləşməsidir - bu, anlayışın özünün mövcudluğu prosesi boyunca özünə qayıtmasıdır". Çevrə tamamlananda ideya bir mərhələ üst qata qalxır, kamilləşir. İnsan da bütövlükdə mürəkkəb bir ideyadır, daha doğrusu, ideyalar kompleksidir. Bu səbəbdən onun həyatı fərqli diaqonallı çevrələrdən ibarətdir. Deməli, əslində, çevrə özünüdərk prosesidir, ilk nöqtəyə, yəni öz "mən"inə yeni baxışın formalaşmasıdır.
Tellan Zeynalova
- Baxış: 312