• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1788
— 19.11.2023 19:58

"Kəpəz"in kubokdakı rəqibi müəyyənləşib

KepezTV Player

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin oyunları keçirilir. Bu mərhələ çərçivəsində reallaşan “Baku Sportinq” - “Kürmük Qax” görüşünün nəticəsinə uyğun olaraq "Kəpəz"in rəqibi müəyyənləşib. Paytaxt klubu 6:0 hesablı qələbə ilə mərhələ adlayaraq “sarı-göylər”in rəqibi olub. II təsnifat mərhələsinin oyunları 28-30 noyabr tarixlərində keçiriləcək. “Kəpəz” “Baku Sportinq”i Tovuzda qəbul edəcək.