• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1929
— 18.11.2023 12:06

Tovuzda 25 yaşlı gənci qətlə yetirirək meyiti yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

KepezTV Player

Bu gün gecə saatlarında Tovuzun Aşağı Öysüzlü kəndindəki fermaların birində yanğın hadisəsi ilə bağlı məlumat daxil olub. DİN-dən verilən məlumata görə, polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Alov söndürülən zaman bir nəfər şəxsin yanmış cəsədi aşkarlanıb. Polis və prokurorluq əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində meyitin Aşağı Öysüzlü kənd sakini 1998-ci il təvəllüdlü Nicat Məmmədova məxsus olması müəyyən edilib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində ferma sahibinin oğlu olan Məmmədovu öldürməkdə şübhəli bilinən, həmin fermada çobanlıqla məşğul olan Eldar İbrahimov yaxalanıb.