• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 837
— 15.11.2023 10:29

Gənclər arasında trend mövzular hansılardır?

Gənclər arasında trend mövzular hansılardır

Gənclər adətən boş vaxtlarında dostlarıyla vaxt keçirməyə üstünlük verir və bu zaman da dostluq qrupları arasında ortaya maraqlı və trend mövzular çıxır. Maraqlıdır, onlar daha çox kim və nə haqqında danışırlar?  Bəzi gənclər aktual mövzuları bir kənara qoyub kimlərsə haqqında və yaxud hər hansı bir informasiya dəyəri daşımayan mövzular haqqında danışmağı sevir. Bunun səbəbi isə gənclərin gündəlik məşğulliyətləridir ki, asudə vaxtlarını doğru dəyərləndirə bilməyib, faydasız və qeyri-effektiv işlərlə məşğul olurlar.

Sosiallaşmaq, dostlarla vaxt keçirmək, faydalıdır. Ancaq baxır hansı mövzuda? Dostluq qrupları arasında hansı söhbətlər olur? Gənclər boş vaxtlarında nə işlə məşğul olurlar? Bu sualın cavabını gənclərin özündən soruşaq.

Şəhər sakini: “Mənim özüm imtahana hazırlaşıram deyə, bütün vaxtım dərslərə gedir. Arada bir neçə saat qalanda, istirahət günlərində, çıxırıq dostlarımla gəzməyə”.

Şəhər sakini: “Əyləncə saatlarım rəfiqəmlə gəzməklə keçir. Şənliklərə gedirik, vaxtımızı bu cür dəyərləndiririk”.

Şəhər sakini: “İdmanla məşğul oluram, gəzirəm. Özüm üçün vaxt keçirirəm”.

Şəhər sakini: “Dərsdən çıxıram, rəfiqəmlə gəzirəm, onunla birlikdə vaxt keçirirəm. Rəqsə  gedirəm, şahmatla məşğul oluram”.

Dostlar arasında keçən maraqlı söhbətlərə qoşulmaq istəyən bir gənc adətən bəzi kateqoriyalar var ki, onlara əməl etməli, düzgün prinsiplər əsasında sosial fəaliyyətlərini reallaşdırmalıdır.

Yəni hər bir gənc daim öz üzərində çalışmalı, kitab oxumalı, dünya görüşünü artıracaq layihələrə qoşulmalıdır.

Şəhər sakini: “Əslində, dostlarımla vaxt keçirməyə çalışıram, amma bildiyiniz kimi dərslər, iş, tələbə olduğum üçün çox da vaxtım olmur. Amma bacardığım qədər dostlarımla görüşməyə, hansısa bir fəaliyyəti yerinə yetirməyə çalışıram. Kinoya getmək olsun, kafeyə getmək olsun, bacardığım qədər əylənirəm”.

Şəhər sakini: “Mən tələbəyəm. Universitetdə oxuyuram. Universitetdən sonra daha çox dostlarımla vaxt keçirirəm”.

Şəhər sakini: “Kitab oxuyuram çox vaxt, bəzən olur, kinolara baxıram”.

Şəhər sakini: “Dostlarımla çay evinə gedib, çay içirik”.

Bununla yanaşı, gənclər öz dostlarını doğru seçməlidir ki, edilən söhbət hər iki tərəf üçün də maraqlı və effektiv olsun. Çünki gənclərin fərqli maraq dairələri, birlikdə keçirilən məşğuliyyətlər onları özünüinkişafa daha da meylli edir. Bu da həm dostlar arasında sağlam rəqabət yaradır, həm də gənc öz gələcək uğurları üçün indidən addım atmış olur.

Ülvi Cəfərov

 

ƏTRAFLI...