• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1900
— 14.11.2023 11:49

Naxçıvan-Bakı avtobusunda ayaqqabıda gizlədilmiş narkotik tapılıb

KepezTV Player

Biləsuvar Gömrük İdarəsi əməkdaşları İrandan tranzit keçməklə Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusdakı sərnişinin üzərinə baxış keçirib. Onun ayaqqabılarının içərisindən 205,776 qram metamfetamin, 189,610 qram heroin və 4,93 qram metadon aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb və şəxs barəsində həbs qətimkan tədbiri seçilib.