• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2075
— 13.11.2023 12:07

Laçında ictimai nəqliyyat fəaliyyətə başlayacaq

KepezTV Player

Laçında yaxın günlərdə əhalinin gediş-gəlişini yaxşılaşdırmaq üçün ictimai nəqliyyat fəaliyyətə başlayacaq. Bakı Abadlıq Xidməti MMC-nin memarı Elnur Abdullayevin sözlərinə görə, Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə hazırlanan ictimai nəqliyyatın təşkili ilə bağlı layihə üzrə marşrut xətləri xəritə üzərində tərtib olunub. Və tezliklə Laçın şəhəri ərazisində ictimai nəqliyyatın fəaliyyəti gerçəkləşəcək. Hazırda şəhərdə 1204 nəfər əhali yaşayır. Prioritet əhalinin işlə təmin olunmasıdır. Sakinlərin işə rahat gediş-gəlişi üçün isə mütləq məsələ nəqliyyatın təşkilidir. Bu ayda Laçına 75 ailənin köçürülməsi nəzərdə tutulub. Şəhərdə fəaliyyət göstərən müəssisələrdə 430-dan artıq sakin işlə təmin olunub. Əhalinin rahat yaşayışının təmin edilməsi üçün görülən işlər çərçivəsində şəhərin kommunikasiya xətləri çəkilib yekunlaşıb, mavi yanacağın verilişi təmin olunub.