• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1287
— 12.11.2023 18:10

Yevlaxda 32 yaşlı kişi odlu silahla qətlə yetirilib

KepezTV Player

Bu gün saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Nədibov Əhməd Əhəd oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər oğlu saxlanılıb. Ondan cinayət aləti olan odlu silah götürülüb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.