• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1995
— 09.11.2023 10:20

Gənclərimizin idmanyönümlü uğurları

Düşünmək lazımdır ki, idman həm fiziki inkişafımıza, həm də sağlamlığımıza müsbət təsir göstərir. Məhz bunun üçün də idmanla xeyli məşğul olmalıyıq. Gələcəyimizin keşikçiləri bayrağımızı hansı arenalarda qürurla dalğalandırır? İdman və məşqin gənclərin həyatında rolu nə dərəcədədir? Bu gün bu haqda danışacağıq. Biz susaq, işin peşəkarı danışsın deyərək, mütəxəssislərimizin yanına yollanırıq.

Əjdər Əliyev- gənc müəllim: Hazırda gənclərimiz və tələbələrimiz özlərini beynəlxalq arenalarda müsbət şəkildə nümayiş etdirə bilirlər”.

Uğura gedən yolda müəyyən maneələr yaranır. Bunların aradan qaldırılması və daha çox nailiyyətlərə çatmaq üçün müsahibimiz nələr edib? Nələrdən keçib?

Əjdər Əliyev- gənc müəllim: Əlimizdən gələn qədər onlara bu yolda dəstək olmağa çalışırıq. Çünki bizim davamçılarımız onlardır.

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda bütün sahələr kimi idman da uğurla inkişaf edir. Qeyd edək ki, dövlətimizin diqqət və qayğısı bu sahənin inkişafını təmin etməklə yanaşı, idman sahəsində çoxsaylı nailiyyətlərin əldə edilməsinə də təkan verib. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Əldə olunan nəticələr də onu deməyə əsas verir ki, idman sahəsində inkişaf olduqca uğurlu gedir.  Azərbaycan idmançıları iştirak etdikləri beynəlxalq yarışlarda, qeyri-olimpiya və olimpiya növlərində mühüm nəticələr əldə ediblər.
Eləcə də 2019-cu ildə ölkəmizdə idman infrastrukturunun yenilənməsi istiqamətində də əsaslı tədbirlər görülüb, addımlar atılıb. Beləliklə, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan idmanının inkişafı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, regionlarda idman infrastrukturlarının sayı gündən-günə artır. Bu isə ölkəmizin idman sahəsində nailiyyətlər əldə etməsi ilə yanaşı, sağlam gəncliyin yetişməsində də mühüm rol oynayır.

Tellan Zeynalova

 

ƏTRAFLI...