• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 945
— 09.11.2023 19:06

Burunqovaq kəndində qətl törədilib

KepezTV Player

Samuxda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb. Samux rayon Prokurorluğundan verilən məlumata görə, bu gün saat 17 radələrində rayonun Burunqovaq kənd sakini, 1986-cı il təvəllüdlü Muraz Abbasovun öldürülməsi barədə prokurorluğa məlumat daxil olub. Araşdırma zamanı 2001-ci il təvəllüdlü Eltac Çələbiyevin rayonun Burunqovaq kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Muraz Abbasova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. E.Çələbiyev iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.