Kompleks - bir çox gəncin həyatında baş rolda yer alaraq, şəxsin özünü oyundan kənarlaşdırmasını bacarır. Kompleks burulğanına düşən insanlar depressiyaya meylli olur. Kənar şəxslərin fikirləri, düşüncələri onlara daha tez təsir göstərir və özlərini cəmiyyət içində rahatlıqla ifadə edə bilmirlər. Xəyallarında yaratdıqları “mən” obrazı başqa, kütlə qarşısında ortaya qoyduqları xarakterləri isə tamamilə başqa olur. Onlar daim özlərini başqalarıyla müqayisə etdiklərindən, heç vaxt arzuladıqları ideallığa çata bilmirlər.
Şəhər sakini: “Bəli. Hər kəsin kompleksləri var, bəzən çəki kompleksləri var, görünüşlərindən kompleksləri var. Hər kəs estetik olmaq istəyərdi. Yəni, məncə, o, artıq bir şeydir. Gərək, insan özünü olduğu kimi qəbul etsin, olduğu kimi sevsin. Kənardan müdaxilələr, bəzən elə şeylər olur. Məncə, dinlənməli deyil”.
Komplekslər daha çox özgüvənsizlikdən yaranır. Gənc görünüşü, fərdi keyfiyyətləri və bacarıqlarından əmin olmadığı üçün özünü daim hər mövzuda əskik hiss edir. Bu da təbii ki, hansısa sahədə öz potensialını ortaya qoymağa motivasiya vermək əvəzinə, gənci həvəsdən salır. Bu isə onu daha dərin böhrana sövq edir. Belə halların nəticəsi də şübhəsiz ki, arzuedilən olmur. Gənc özünə qapanır və hər mövzuda hər hadisədə özünü qınayır və hətta günahlandırır.
Şəhər sakini: “Məncə, psixoloqa müraciət etsək, insan bəzən tək bacarmır, kənardan nəsə bir köməklik istəyirsən ki, özgüvənini sənə qaytarsın. Məncə, daha dərin düşünmək lazımdır”.
İnsanda bəzi problemlər, travmalar nəticəsində belə komplekslər yarana bilər. Eyni zamanda, bu cür komplekslərdən emosional olaraq əziyyət çəkən insanlar da çoxdur. Bu komplekslərin öhdəsindən gəlmək üçün, bir əsas nüansı diqqətə almaq lazımdır. Psixiatr Ziqmund Freyd uşaqlıqda yaşanan psixi travmaların, komplekslərin yaranmasındakı əsas səbəb olduğunu qeyd edir. Və təəssüf ki, yetkinlik yaşına çatmış bəzi gənclər bu travmaların izini hələ də daşıyır. Onun öhdəsindən gəlməyin tək yolu isə özünü sevməyi öyrənməkdir.
Şəhər sakini: “Özlərini sevmək üşün, hər gün, hər gün çalışmalıdırlar və ya güzgünün qarşısına keçib sən çox gözəlsən, özü-özünə müxtəlif motivasiya veriləcək sözlər deyə bilərlər və ya bunun qarşısını almaq üçün psixoloji yardım götürə bilərələr, deyə düşünürəm”.
Həyatımız bizim əlimizdədir. Onu necə yaşayacağımıza da qərar verəcək olan özümüzdən başqası deyil. Ona görə də gənclər öz inkişafınıza fokuslanın və unutmayın ki, hekayənizdəki baş rol özünüzsünüz.
Ülvi Cəfərov
- Baxış: 197