• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1743
— 04.11.2023 16:57

Tovuzda soyuducu anbarının ərazisində yanğın olub

Tovuzun Düz Cırdaxan kəndində soyuducu anbarının həyətyanı sahəsində yanğın olub. Orada saxlanılan, çiləmə üsulu üçün nəzərdə tutulan borular yanmağa başlayıb. Əraziyə dərhal Yanğından Mühafizə Hissəsinin Tovuz rayon şöbəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Alovun qarşısı alınıb, ətraf ərazilər yanğından mühafizə edilib. Ərazidə olan sakinlərdən birinin yüngül xəsarət aldığı bildirilir. Ona hadisə yerində ilkin tibbi yardım göstərilib. Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.