• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1743
— 04.11.2023 12:06

Hacıqabul xəstəxanasında qanunsuzluqlar aşkarlanıb, cinayət işi başlanıb

KepezTV Player

“Hacıqabul rayon mərkəzi xəstəxanası”nda baş verən qanunsuzluqlar barədə daxil olan vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Tibb müəssisəsində 2022-ci il yanvarın 1-dən 2023-ci il iyunun 15-i tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən vəzifəli şəxs tərəfindən əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsinə məxsus külli miqdarda vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.