• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1737
— 04.11.2023 12:02

DTX Dövlət Miqrasiya Xidməti ilə birgə əməliyyat keçirib, 26 nəfər saxlanılıb

KepezTV Player

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan ərazisində yaşama hüququ verən aidiyyəti sənədlər və qeydiyyat ünvanı olmadan yaşayan, həmçinin işləmək icazəsi almadan əmək fəaliyyəti ilə məşğul olan 26 əcnəbi müəyyən edilərək saxlanılıb. Əcnəbilərin öz həmvətənləri tərəfindən 1100-2200 dollar müqabilində Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edildiyi, qeydiyyata alınmadıqları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələr əldə edilmədiyi və qanunsuz miqranta çevrilmələrinə şərait yaradıldığı müəyyənləşdirilib. Qanunsuz miqrasiyanı təşkil etdiyinə dair barəsində əsaslı sübutlar əldə edilən əcnəbilərdən birinin Azərbaycanda yaşadığı məlum olub. Onun şəxsiyyətinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. Aşkar edilən hallara hüquqi qiymət verilməsi təmin olunacaq.