• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 839
— 03.11.2023 10:44

Gənc elektravoz maşinist köməkçisi

Texnologiyanın inkişafı demək olar ki, bütün peşə sahələrinə öz müsbət təsirini göstərir. Son vaxtlar gənclərin diqqətini çəkən Elektrovoz maşinist ixtisası da məhz o peşələrdən biridir.  İndi həmin sahənin gənc  mütəxəssisi ilə həmsöhbət olacağıq.  Ancaq bu vəzifədə çalışmaq hər kəsin seçə biləcəyi bir peşə deyil. Əslində, bu, təəccüblü deyil, çünki sürücü köməkçisinin vəzifələri namizəddən müəyyən şəxsi keyfiyyətlərə və peşəkar bacarıqlara malik olmağı tələb edir. O, nəqliyyatı düzgün istifadə etmək üçün lazım olan məlumatlardan vaxtında və dəqiq şəkildə istifadə etməyi bacarmalıdır. Nəzərə alsaq ki, uzun səfərlər və nizamsız növbələr sağlamlığa mənfi təsir göstərir, ona görə də bu işdə çalışmaq üçün yaxşı dözümlülük və stress müqavimətinə sahib olmalısınız. Bu peşə haqqında daha ətraflı müsahibimiz məlumat verəcək, ancaq əvvəlcə necə oldu ki, bu sahəni seçdi, dinləyək.

Əsədov Əsəd- Elektravoz maşinist köməkçisi: “Uşaqlıqdan dəmiryoluna, qatarlara həvəsim var idi. Sonra valideynlərim ilə də məsləhətləşdim və məni bu sahəyə yönləndirdilər. Atrıq bir ildir ki, bu sahə üzrə təhsil alıram. Seçdiyim peşədən çox razıyam. Gələcəkdə öz peşəmin sahibi olmağa çalışacam”.

- Bu məlumatdan sonra gəncimiz, öz işinin asan və çətin tərəflərindən danışdı.

“Asan və çətin tərəfləri ondan ibarətdir ki, işimiz məsuliyyətli işdir. İnsanların təhlükəsizliyi bizə əmanətdir  və yaxud da yüklər daşıyırıq. Onları da tam vaxtında doğru ünvana çatdırmaq bizim öhdəliyimizdədir”.

- Bəs  bu peşəni seçməsəydiniz, başqa hansı sahədə özünüzü sınamaq istərdiniz? – deyə sual verdik, müsahibimizdən maraqlı cavab gəldi.

“Uşaqlıqdan marağım ancaq bu peşəyə olduğuna görə, mən özümü başqa sahədə görə bilmirəm. Öz ixtisasımı da sevərək, dərindən öyrənirəm. Gələcəkdə də öz öyrəndiklərimi düzgün şəkildə tətbiq edəcəm”.

- Peşə seçimində çətinlik çəkən gənclərə bir gənc olaraq nə demək istərdiniz?

“Peşə seçərkən ən birinci valideynləri ilə məsləhətləşsinlər. Uşaqlıqdan hansı peşəyə həvəsləri olubsa, ona doğru əvvəl məsləhətləşsinlər, sonra da təhsilini alsınlar. Gələcəkdə də uğurlu biri olsunlar”.

Müsahibimizin də qeyd etdiyi kimi, uşaqlıqda hər kəsin yiyələnmək istədiyi bir peşə olur və hər kəs bilir ki,  peşə seçimi hər bir insanın həyatının vacib qərarlarından biridir. Ancaq böyüdükcə bu istək bəzən dəyişir, ya da elə uşaqlıqdan arzuladığın peşəyə yiyələnirsən. Hər şeydən əvvəl isə düşünmək lazımdır ki, mən özümü bu sahədə görürəm, yoxsa yox.

Lalə Bağırova

ƏTRAFLI...