• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 03.11.2023 16:46

İranlı narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb

Neftçala Rayon Polis Şöbəsi tərəfindən keçirilən tədbirlər nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb. Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları əməliyyat məlumatı əsasında Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Kənan Mayılzadəni rayonunun Həsənabad kəndi ərazisində saxlayıb. Onun əlində olan torbaya keçirilən baxış zamanı ümumi çəkisi 4 kiloqramdan artıq olan marixuana, heroin və metamfetamin aşkar edilərək götürülüb. Araşdırmalar zamanı məlum olub ki, K.Mayılzadə sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirin bank hesabına narkotik vasitələr almaq üçün 3000 manat pul göndərib. Narkotacir isə ona Neftçala rayonunun Həsənabad kəndi ərazisində əvvəlcədən gizlədilmiş narkotik vasitələrin yerini bildirib. K.Mayılzadə narkotik vasitələri təyin olunan yerdən götürüb uzaqlaşmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.