• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1738
— 03.11.2023 12:09

2-si “Kalaşnikov” avtomatı olmaqla 5 odlu silah aşkar edilib

KepezTV Player

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyatlar keçirilib. Gərəkli kəndi ərazisində 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara məxsus 2 sandıqça və 57 ədəd patron polis əməkdaşları tərəfindən götürülüb. Digər əməliyyat tədbirləri ilə rayon sakinləri – Mahir Ağcayevdən, Salim Umrayevdən və Ramiz Ömərovdan qanunsuz saxladıqları nömrəsi silinən 3 ədəd “İJ” markalı ov tüfəngi aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.