Video Player
  • KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.11.2023 16:15

Zəfər Gününə həsr olunan yarış start götürüb

Video Player
KepezTV Player

Azərbaycan Texnologiya Universitetinin idman zalında basketbol birinciliyinə start verilib. 8 Noyabr - Zəfər Gününə həsr olunan yarışda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən ibarət 4 komanda iştirak edir. Oyunlar dairəvi sistemlə keçirilir. Birinciliyin nəticələrinə əsasən, ali təhsil müəssisələri arasında baş tutacaq Respublika Çempionatında iştirak edəcək tələbə basketbolçular müəyyən ediləcək.