Bu gün səhər saatlarında Sumqayıtın Corat bağları yaşayış massivində, fərdi yaşayış evinə ov tüfəngi ilə silahlı hücum olub. Nəticədə ailənin 2 üzvü - Dağbəyi Fərəcov və qızı Susana Karakaş hadisə yerində ölüblər. 1960-cı il təvəllüdlü Fərəcova Tərlan Qulu qızı, 1985-ci il təvəllüdlü Türkiyə vətəndaşı Sərkan Karakaş, eləcə də hadisə yerinə gələn qonşular - 1958-ci il təvəllüdlü Sarıyev Mehman Mahmud oğlu, 1990-cı il təvəllüdlü Sarıyev Etibar Mahmud oğlu ağır yaralanıblar. Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər. Xəsarət alanlar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Baxış: 284