KepezTV Player
Daxili İşlər Nazirliyinin Xankəndi şəhər polis şöbəsi yaradılıb. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında bildirib. Nazir Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantların təyin edildiyini də açıqlayıb. Vilayət Eyvazov işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü deyib. Hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd edib.
- Baxış: 204