• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1019
— 26.10.2023 19:50

"Son üç ildə 334 Azərbaycan vətəndaşı minaya düşüb"

KepezTV Player

2020-ci il noyabrın 10-dan 2023-cü il oktyabrın 26-dək 334 Azərbaycan vətəndaşı minaya düşüb". Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb. O qeyd edib ki, 334 nəfərdən 65-i həyatını itirib, 269 nəfər isə yaralanıb: "Ölənlərdən 50 nəfər mülki vətəndaş, 15 nəfər isə hərbçidir. Yaralananlar arasında isə 105 mülki, 164 hərbçi var". H.Hacıyev bildirib ki, 1991-ci ildən bu günədək 3413 nəfər mina qurbanı olub: "Onlardan 357-si uşaq və yeniyetmə, 38 nəfəri isə qadındır".