• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1223
— 26.10.2023 09:24

Talış kəndində traktorçu minaya düşüb

KepezTV Player

Bu gün səhər saatlarında Tərtər rayonu, Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlunun minaya düşməsi barədə polisə məlumat daxil olub. Vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb. Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib. Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.