• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1473
— 25.10.2023 09:04

Bakıda dönərdən 21 şagird zəhərlənib

KepezTV Player

Dünən müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub. Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub. TƏBİB-dən verilən məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 1 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 21 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir. Şagirdlər iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər. Faktla bağlı Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən iaşə müəssisəsinə baxış keçirilib, istifadə edilən məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim olunub. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalar davam etdirilir.