• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1463
— 24.10.2023 16:18

Göyçayda örüşdə insan sümükləri və paltar qalıqları tapılıb

KepezTV Player

Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində insana məxsus olması ehtimal edilən kəllə və digər sümüklər, həmçinin paltar qalıqları aşkar olunub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Aşkar edilən sümüklər və paltar qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb. Eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.