Tovuzda bədbəxt hadisə baş verib. Hadisə Ağstafa Su anbarı sağ-sahil magistral kanalının rayonun Düz Cırdaxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Toydan çıxan şəxslər, rayonun Xatınlı kənd sakinləri 64 yaşlı Almaz Rüstəmova, 46 yaşlı Şirzad Əmrahov, 42 yaşlı Günel Əmrahova və 41 yaşlı İsgəndər Gülməmmədov kanalın üstündəki bəndən keçən zaman su kanalına düşüblər. Məlumata görə onlar taksiyə minmək üçün tələsirmişlər. Ərazinin qaranlıq olması və kanalın kənarında qoruyucu məhəccərin olmaması bədbəxt hadisəyə səbəb olub. Dərhal əraziyə Təcili Tibbi Yardım avtomobilləri, Fövqəladə Hallar Nazirliyinin Tovuz Yanğından Mühafizə Hissəsinin əməkdaşları və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.
Hadisə şahidi Mehti Əhmədov: Toy adamları toydan çıxanda maşına minəndə hansı ki o kanalın qırağı bağlı olmalı idi.Amma bağlı deyildi.Maşına minən adamlar da qaranlıqdanmı nədənmi yolu seçə bilmədilər.Hamısı kanala düşdülər. Biz də onlara kömək etdik.Gətirdik Tovuz rayon mərkəzi xəstənasına.
Həkim Almaz Əsədova: Xəstəxanamıza qırıq,çıxıq,əzinik diaqnozu ilə 4 nəfər müraciət edib.Onlara ilkin tibbi yardım göstərilib.Bir nəfərin vəziyyəti ağır olduğu üçün Gəncə şəhərindəki xəstəxanaların birinə göndərilib.
- Baxış: 236