Əmək yarmarkası işsiz və işaxtaranlara köməklik məqsədilə keçirilib. Yarmarkaya 150-yə yaxın vətəndaş müraciət edib.
Vahid Rzayev- işəgötürən: “Hazırda bizdə 19 vakansiya mövcuddur. 19 vakansiyadan 15 nəfər fəhlə, 4 operator yeri boşdur. Əmək haqqlarımız 500 manatdan başlayır. Eyni zamanda nahar yeməyi ilə də təmin edilirlər”.
Ruslan Paşayev- işəgötürən: “Təşkilat olaraq 6 vakant yer təqdim etmişik. Həmin yerlər qrup rəhbəri, kredit mütəxəssisləri və əməliyyatçı üzrədir. Qeyd olunan vakant yerlər üçün əmək haqqları 350-800 manat təşkil edir. İstənilən şəxs müraciət edib və həmin şəxslər üzrə müsahibələr aparılaraq, daha patensiallı şəxslər işə cəlb olunur”.
Vüsal Cəfərov- işəgötürən: “Hazırda iki aktiv vakansiyamız var. Qaynaq mühəndisi və aparıcı mütəxəssis təchizat sahəsi üzrə yerlərimiz var. Təklif olunan yerlər üzrə əmək haqqı 800-1200 manat arasıdır. İşçinin bilik, qabiliyyət və təcrübəsinə önəm verilir. Gəncə sənaye şəhəri olduğu üçün, bizə müraciət edənlər də çoxdur”.
Keçirilən yarmarkada müraciət edən vətəndaşlardan 50 nəfərdən çox işaxtaran qeydiyyata alınıb.
Əntiqə Məmmədova- işaxtaran: “Müraciət elədik, dedilər ki, əgər imtahandan keçməsən köməklik edəcəyik. Buyurub işə qəbul olarsınız. Yaxşı da qəbul elədilər”.
Ülvi Sultanov- işaxtaran: “Ali təhsilim var idi, indi də magistraturada oxuyuram. Müəyyən yerlərə sənədlər göndərdim. Qeydiyyatdan da keçmişəm. Obyektiv şəkildə işə götürəcəklər”.
Mahir Quluyev- işaxtaran: “Bank xidməti üzrə kredit mütəxəssisi üzrə müraciət elədim. Sənədlərimi qeydiyyata aldılar. Yaxın zamanda müsahibəyə dəvət olunacam”.
Jalə Heydərli- işaxtaran: “Otel əməkdaşlarına sənədlərimi verdim. Normal qarşıladılar. Kömək eləməyə çalışdılar. Məni işlə təmin etməyə söz verdilər”.
İşlə təminatla yanaşı vətəndaşlar peşə hazırlığına da cəlb edilir. İndiyə kimi 350 şəxs bu yolla ixtisaslarını artırıblar. Eləcə də özünəməşğulluq proqramlarına da qoşulublar.
Elməddin Qurbanov- Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri: “İşaxtaran və işsiz şəxs regionlarda Dövlət Məşğulluq Xidmətinə müraciət edərək qeydiyyatdan keçirlər. Onlar üçün məşğulluq imkanları qiymətləndirilir və fərdi məşğulluq proqramı tərtib edilir. İl ərzində 1500-ə yaxın vətəndaş özünəməşğulluq proqramına qoşulub və 1200 nəfər kiçik təsərrüfatlarla təmin edilərək xırda bizneslərə başlamışdır”.
Gəncə-Daşkəsən regional məşğulluq filialı Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Samux və Daşkəsən rayonlarını əhatə edir. Hazırda filialda 13 min 93 işsiz vətəndaş və 2500-dən çox vakansiya qeydiyyatdadır. Bu il ərzində filial tərəfindən 5600 nəfərdən artıq vətəndaş işlə təmin edilib.
Elnur Vahidoğlu
- Baxış: 361