Xəzər dənizinin cənub istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Bu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qüvvə və vasitələrinin qarşılıqlı fəaliyyəti nəticəsində mümkün olub. Keçirilən tədbirlər nəticəsində Şirvanlı kəndi istiqamətində və Salyan reydində sənayə üsullu lövbərə bağlanılmış 2 ədəd kisədə ümumi çəkisi 21 kiloqram 660 qram оlаn nаrkоtik mаddə “marixuana” аşkаr olunub.
İrandan qaçaqmalçılıq yolu ilə siqaret gətirilməsinin qarşısı alınıb
Xəzər dənizinin cənub istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana tütün məmulatlarının gətirilməsinin də qarşısı alınıb. Beə ki, Ələt reydində “Orta Daş” adası istiqamətində ümumillikdə 71 ədəd bağlamada 69 168 ədəd siqaret aşkar edilərək götürülüb. Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
- Baxış: 198