• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2351
— 19.10.2023 12:07

Bakıda qadın qətlə yetirilib

KepezTV Player

Bu gün 59 yaşlı Gülnarə Dadaşovanın qəsdən öldürülməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 88 yaşlı Yaşar Dadaşovun Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı gəlini Gülnarə Dadaşovanı ov silahından atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Prokurorluqdan verilən məlumata görə, Yaşar Dadaşov hadisədən sonra özünü öldürməyə cəhd edib və hazırda xəstəxanada müalicəsi davam edir.