"Füzuli şəhərinin ikinci və üçüncü yaşayış məhəllələrində 5200-dən çox sakin yaşaya biləcək. İkinci yaşayış məhəlləsində 653, üçüncü yaşayış məhəlləsində isə 863 mənzil olacaq". Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən ərazilərdə xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov belə deyib. Bildirib ki, birinci yaşayış məhəlləsində 38 binadan 12-si inşa olunub və əhali geri qayıdıb.
Eldar Seyidov- Prezidentin xüsusi nümayəndəliyinin baş məsləhətçisi: "Mənzillər 1, 2, 3 və 4 otaqlı olacaq. Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək. Kompleksdəki binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq".
- Baxış: 230