Xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə telefon danışığı aparıb. Regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri müzakirə olunub. Ceyhun Bayramov Azərbaycanın erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi anti-terror tədbirlərini şərtləndirən amillər və tədbirlərindən sonra bölgədə cari vəziyyət barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycanın erməni sakinləri hədəf almadığı, bunun bölgəyə səfər edən BMT missiyası ilə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi və hətta Ermənistan baş naziri tərəfindən belə təsdiqləndiyini xatırladıb. Azərbaycanın erməni sakinlərin reinteqrasiyası istiqamətində planları açıqladığı, bu istiqamətdə işlər həyata keçirildiyi, müvafiq portal vasitəsilə ermənilər tərəfindən daxil olan müraciətlərin nəzərdən keçirildiyi bildirilib. Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra, Ermənistanla sülh sazişi imzalanması üçün real şansların olduğu, Ermənistan tərəfindən bu imkanların müsbət dəyərləndiriləcəyinə ümidvar olduğumuz diqqətə çatdırılıb.
- Baxış: 152