KepezTV Player
Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün Laçına növbəti köç prosesi gerçəkləşib. Bakı şəhərinin Qaradağ rayonundakı yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub. Laçın şəhəri bu gün 26 ailəyə qucaq açıb və daha 96 laçınlının yurd həsrəti bitib. Bununla da Laçın şəhərində 272 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması təmin edilib.
- Baxış: 184