• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1362
— 16.10.2023 16:26

Su anbarında batan şəxsin axtarışına amfibiya təyyarəsi cəlb olunub

KepezTV Player

11 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə 1972-ci il təvəllüdlü Bayramov Sərdar Saleh oğlunun Mingəçevir yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb. Bununla yanaşı, axtarış-xilasetmə zonasının genişləndirilməsi və axtarış işlərinin daha da intensivləşdirilməsi məqsədilə bu gün səhər saatlarından Nazirliyin Aviasiya dəstəsinin amfibiya təyyarəsi də axtarış işlərinə cəlb olunub.