• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 16.10.2023 09:07

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 23 nəfər saxlanılıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 23 şəxs saxlanılıb. Həmin tədbirlər nəticəsində saxlanılaraq aidiyyəti üzrə polis orqanlarına gətirilən şəxslərin üzərlərindən çeşidli narkotik və psixotrop maddələr, o cümlədən güclü təsiredici narkotik vasitələr aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər barəsində toplanılmış materiallar Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib. Hazırda bu qəbildən olan tədbirlər davam etdirilir.