• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1536
— 14.10.2023 14:12

"Avropa Şurası daxilində demokratik dəyərlər iflasa uğrayıb"

KepezTV Player

Avropa Şurasının Parlament Assambleyası Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan qətnamə və tövsiyə sənədi qəbul edib. Bu fikirlər isə Azərbaycanın qurumdakı nümayəndə heyətinin yaydığı etiraz bəyanatında yer alıb. Fransa və Avropanın bir sıra digər ölkələrinin ermənipərəst siyasətçiləri Azərbaycanın regionda başlatdığı normallaşma prosesinə süni əngəllər törətməyə və ölkəmizin haqq işinə kölgə salmağa çalışırlar. “Biz ölkəmizə qarşı nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edir və bunu Avropa Şurası daxilində demokratik dəyərlərin iflasa uğramasının bariz nümunəsi kimi qəbul edirik”, - bəyanatda bildirilib.