KepezTV Player
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi işlərinin 87%-ni yekunlaşdırıb. Agentlikdən bildirilib ki, yolun tikintisinin 2023-cü ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanan yolun uzunluğu 39.7 km-dir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 14 metr, torpaq yatağının eni isə 21.5 metr təşkil edir.
- Baxış: 178