Qərbi Azərbaycan İcması Varşavada ATƏT-in illik “İnsan ölçüsü” üzrə konfransı çərçivəsində “Evə qayıdış: Qaçqınların qayıdış hüququnun təmin edilməsi” mövzusunda tədbir təşkil edib.
İcmadan bildiriblər ki, ATƏT-in iştirakçı dövlətlərinin, beynəlxalq təşkilatların və insan hüquqları sahəsində ixtisaslaşmış QHT-lər və mütəxəssislərin iştirakı ilə keçirilmiş tədbirdə təhlükəsiz və ləyaqətli qayıdışın insan hüquqlarının aliliyinin təmin olunması, dünyada köçkün probleminin davamlı həlli yolu kimi təşviq edilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb. Qərbi Azərbaycan İcmasının ATƏT-in insan hüquqları sahəsində əsas tədbiri olan “İnsan ölçüsü” üzrə konfransında iştirakı və onun çərçivəsində ayrıca tədbir təşkil etməsi təşkilatın beynəlxalq profilinin artması, qayıdış hüququnun beynəlxalq gündəliyə gətirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir.
- Baxış: 194