Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində Şuşada Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilir. Bölgədə mövcud vəziyyət və postmünaqişə dövrünün reallıqları barədə danışan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın hər zaman regional sülh və təhlükəsizliyə təhdid yaradan qeyri-qanuni erməni silahlı qüvvələrinin bölgədə mövcudluğuna beynəlxalq diqqəti çəkmək üçün səy göstərdiyini vurğulayıb. Bölgədə sülh və reinteqrasiya proseslərini təhdid edən qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına, mina təhdidini davam etdirməsinə və mövcudluğuna son qoyan lokal antiterror tədbirlərindən bəhs edən Ceyhun Bayramov bu tədbirlər nəticəsində xüsusilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin intensivləşdiyini diqqətə çatdırıb.
- Baxış: 184