Minatəmizləmə Agentliyinin təlimatçıları sahə əməkdaşlarına Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən birinci səviyyəli “Partlayıcı sursatların zərərsizləşdirilməsi” təlimi keçib. Bu barədə ANAMA-dan bildirilib. Qeyd olunub ki, təlimlər zamanı mina və partlamamış hərbi sursatlarla davranış, partlayıcı maddələrlə tanışlıq, təhlükə dərəcəsinə görə qiymətləndirmə, onların daşınması, elektrik və qeyri-elektrik üsullarla zərərsizləşdirmə metodları, eləcə də bu istiqamətdə hesabatların tərtibatı üzrə bilik və bacarıqlar tədris edilir. ANAMA-nın sahə əməkdaşlarının mütəmadi olaraq ixtisasartırma təlimlərinə cəlb edilməsi və kadr potensialının gücləndirilməsi işğaldan azad edilmiş ərazilərdə aparılan təmizləmə əməliyyatlarının gedişatında mühüm rol oynayır.
- Baxış: 205